"Fənərbağça"da ulduz futbolçu ayrılır – İtaliyadan təklif gəldi
Mövsümü məyusedici şəkildə başa vuran "Fənərbağça" artıq növbəti mövsüm üçün planlamalara start verib.
90plus.az xəbər verir ki, bu mövsümdə parlaq çıxışı ilə seçilən futbolçulardan birinin isə komandadan ayrılacağı məlum olub.
Kostiçlə yollar ayrılır
İtaliyanın "Yuventus" klubundan icarə əsasında "Fənərbağça"ya qoşulan Filip Kostiçlə mövsüm sonunda yolların ayrılacağı bildirilib. Məlumata görə, "sarı-lacivərdlilər" serbiyalı sol cinah müdafiəçisinin satınalma variantını istifadə etməyəcək.
"Parma" hərəkətə keçdi
İtaliya A Seriyasında alt sıralarda qərarlaşan "Parma" klubunun təcrübəli sol cinah oyunçusunu heyətinə qatmaq üçün danışıqlara başladığı deyilir. Eyni zamanda, Kostiçin də yenidən "Çəkmə"yə – yəni İtaliyaya qayıtmaq istədiyi iddia olunur.
© Copyright 2026, All Rights Reserved