"Fənərbağça"dan Fatih Terim stadionunda möhtəşəm qələbə
Trendyol Süper Liqasının 35-ci turu çərçivəsində keçirilən oyunda İstanbul nəhənglərindən olan "Fənərbağça" səfərdə "Başakşəhər"lə qarşılaşdı.
90plus.az xəbər verir ki, Fatih Terim stadionunda baş tutan qarşılaşma "Sarı-göylər"in 4:1 hesablı qələbəsi ilə yekunlaşdı.
"Fənərbağça"nın qollarını 44-cü dəqiqədə Mert Müldür, 60-cı dəqiqədə Milan Şkrinyar, 86-cı dəqiqədə Yussuf En-Nesiri və oyunun əlavə olunmuş vaxtında (90+4) Oğuz Aydın vurdu.
"Başakşəhər"in təsəlli qolunu isə 90+1-ci dəqiqədə Ömər Faruq Beyaz vurdu.
“Başakşəhər” liqada ilk dəfə ardıcıl 6 dəfə eyni komandaya uduzdu.
Başakşəhər 1 - 4 Fənərbağça
M. Müldür 44’
Şkriniar 60’
Y. En Nesiri 86’
Ö. Beyaz 90+1’
O. Aydın 90+3’
Qollar: https://t.me/doxsanplus/102575
Bu nəticədən sonra "Fənərbağça" xallarının sayını 78-ə yüksəldərək çempionluq yarışında iddiasını davam etdirdi. "Başakşəhər" isə 51 xalda qaldı.
© Copyright 2026, All Rights Reserved