"Fənərbağça"nın yeni transferi 1 aylıq sıradan çıxdı
“Fənərbağça”da ciddi itki: Edson Alvares zədələndi.
90plus.az xəbər verir ki, Türkiyənin Super Liqa təmsilçisi “Fənərbağça”nın yarımmüdafiəçisi Edson Alvares zədə ilə üzləşib.
27 yaşlı futbolçu Meksika millisinin Yaponiya ilə yoldaşlıq görüşündə ayaq əzələsindən zədə alıb və təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd: Edson Alvares ötən ay “Vest Hem” klubundan satınalma bəndi ilə icarəyə götürülüb və “Fənərbağça”da indiyədək 1 rəsmi oyunda iştirak edib.
© Copyright 2026, All Rights Reserved