“Gec saatda oynamağa Yamalın yaşı çatmır” Almaniya hökuməti
İspaniya millisi 16 yaşındakı gənc ulduz Lamine Yamalı meydana buraxdığına görə cəza almaq təhlükəsi ilə qarşılaşa bilər.
90plus.az xəbər verir ki, Almaniyada "Gənclərin Müdafiəsi Aktı" çərçivəsində 18 yaşından kiçik şəxslərin axşam saat 20:00-dan sonra işləməsinə icazə verilmir.
Lakin futbolçular üçün vəziyyət fərqlidir. Matçlar gec oynanıldığından 18 yaşdan aşağı futbolçulara saat 23:00-a kimi icazə verilir. Bu, təkcə almanlara deyil, Almaniyaya gələn gənclərə də şamil olunur.
İspaniyanın İtaliya ilə matçına (1:0) ilk 11-likdə başlayan Lamine Yamalı 71-ci dəqiqədə Ferran Torres əvəzləyib. Bu dəyişikliyin cəzadan yayınmaq üçün edildiyi iddia olunur.
Lamine Yamal Almaniya yerli vaxtı ilə saat 23:00-dan sonra meydanda olmağa davam edərsə, İspaniya Futbol Federasiyası 30 min avro cərimə ödəməli olacaq.
Qeyd: İspaniyanın bu gün "Merkuri Arena"da Albaniya ilə keçirəcəyi oyun Bakı vaxtı ilə 23:00-da baş tutacaq.
Mənbə: Alman Bild
© Copyright 2026, All Rights Reserved