Güler: “Mübarizəni dayandırmayacağıq“
"Bizə dəstək olmaqdan əl çəkməyin" - Arda Gülər İnstagram hesabında belə paylaşıb.
90plus.az xəbər verir ki, Türkiyə millisinin ulduzu Arda Gülər Portuqaliya matçından sonra İnstagram hesabında Vinçenzo Montella ilə bağlı paylaşım edib.
İtalyalı mütəxəssis Vinçenzo Montella ilə fotosunu paylaşan Arda Gülər "Bu komandaya inanmaqdan və bizə dəstək olmaqdan əl çəkməyin, çünki biz ölkəmiz üçün son dəqiqəyə qədər mübarizəni dayandırmayacağıq" yazıb.
Qeyd: Montella müəyyən yorğunluq səbəbindən Arda Gülərin Portuqaliya oyununda ehtiyat oyunçular heyətində yer aldığı açıqlamasını vermişdi.
© Copyright 2026, All Rights Reserved