Hakan Çalhanoğlu "Qalatasaray" haqda: "Mənim üçün şərəf olar"
İtaliyanın "Inter" klubunun və Türkiyə milli komandasının ulduz futbolçusu Hakan Çalhanoğlu karyerası və "Qalatasaray"a transfer ehtimalı ilə bağlı diqqətçəkən bir açıqlama verdi.
90plus.az xəbər verir ki, Hakan Çalhanoğlu müsahibəsində, "Mən "Inter"də çox xoşbəxtəm" deyərək hazırkı vəziyyətindən məmnun olduğunu bildirdi. Lakin futbolçu "Qalatasaray"la bağlı gələcəkdə nələr ola biləcəyinə dair də açıqlama verərək, “Zaman nəyi göstərəcək, bilmirik. Bir gün "Qalatasaray" formasını geyinmək mənim üçün şərəf olar” dedi.
Çalhanoğlu "Qalatasaray"lı olduğu və bu formanı bir gün geyinmək arzusunda olduğu haqqında daha əvvəl də açıqlamalar vermişdi. Hakanın bu sözləri futbolsevərləri həyəcanlandırmış və onun gələcəkdə "Qalatasaray"a transfer olma ehtimalını gündəmə gətirmişdi.
31 yaşlı yarımmüdafiəçi, həm "Inter", həm də Türkiyə millisindəki güclü performansı ilə diqqət çəkir və "Qalatasaray"a transferi mövsümün ən çox danışılan mövzularından biri ola bilər.
© Copyright 2026, All Rights Reserved