İngiltərədə qapıçı hücumçunun başına təpik vurdu
İngiltərə Federasiya Kubokunun 5-ci turunda "Kristal Palas - Milluoll" matçında (3:1) dəhşətli an yaşanıb.
90plus.az xəbər verir ki, top uğrunda mübarizədə meydan sahiblərinin hücumçusu Filip Mateta başından ağır zədə alıb.
Qonaq qapıçı Liam Roberts rəqib hücumçunun başına təpiklə vurub. Nəticədə Mateta yerdə qalıb. Həkimlərin müdaxiləsindən sonra dərhal xəstəxanaya çatdırılan futbolçunun sol qulağının yırtılıb.
Onun qulağına 25 tikiş qoyulub.
VİDEO: https://t.me/doxsanplus/98956
© Copyright 2026, All Rights Reserved