İsmayıl Kartal İranda ayın baş məşqçisidir
Bir neçə ay öncə “Persepolis”lə müqavilə imzalayan türkiyəli məşqçi İsmayıl Kartal İran Pro Liqasında ayın məşqçisi seçilib.
90plus.az xəbər verir ki, “Persepolis” komandasını 9 oyuna çıxaran 63 yaşlı mütəxəssis İran Liqasında 4 qələbə, 3 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb.
Turnir cədvəlində Cənubi Azərbaycan təmsilçisi “Traktor”dan 1 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved