Kazemiro: “Bu, böyük qapıdan çıxışdır”
Kazemiro “Mançester Yunayted”dən ayrılır: “Mənim dövrüm burada bitdi”.
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi Kasemiro klubdan ayrılacağını rəsmən təsdiqləyib. Braziliyalı futbolçu “Old Trafford”dakı karyerasının sona çatdığını bildirib.
Təcrübəli oyunçu verdiyi açıqlamada “qırmızı şeytanlar”dakı illərini xüsusi xatirələrlə xatırladığını vurğulayıb:
“Burada qalmaq üçün daha bir ilin mümkünlüyü yoxdur. Bu, böyük qapıdan çıxışdır. Dörd gözəl, möhtəşəm il keçirdim və həm ‘Mançester Yunayted’ə, həm də azarkeşlərə sonsuz minnətdaram.”
Kazemiro ayrılığın onun üçün emosional olacağını da gizlətməyib:
“Son günümda ağlamamağa ümid edirəm. Hətta həyat yoldaşım artıq azarkeşlərin ‘bir il daha qal’ çağırışlarına görə ağladı.”
Futbolçu əlavə edib ki, klubdan ayrılsa da, “Mançester Yunayted” onun üçün xüsusi yerə sahib olacaq:
“Mən bu anların hər birindən zövq almaq istəyirəm. Həyatımın sonuna qədər ‘Yunayted’ azarkeşi olacağam.”
Kazemironun gedişi klubun yarımmüdafiə xəttində yeni planlamalara ehtiyac yaradacaq. Transferin rəsmi detalları isə mövsümün sonunda açıqlanacaq.
© Copyright 2026, All Rights Reserved