Kerimoğlunun Mourinyo ilə fotosu baha başa gəldi - Sponsor çəkildi
"Qalatasaray"ın əfsanəvi adlarından olan Tuğay Kerimoğlu ötən günlərdə "Qalatasaray"ın baş məşqçisi Okan Burukun Dris Mertenslə mübahisə etdiyini irəli sürmüşdü.
90plus.az xəbər verir ki, sarı-qırmızılılar Tuğay Kerimoğlunun bu iddialarını qətiyyətlə təkzib etmişdi.
MOURİNHO İLƏ FOTOŞƏKİL REAKSİYA DOĞURDU
Baş verən bu hadisədən sonra Tuğay Kerimoğlunun "Reyncers" - "Fənərbağça" matçından əvvəl Joze Mourinyo ilə foto çəkdirməsi həm rəhbərliyi, həm də "Qalatasaray" azarkeşlərini xeyli qəzəbləndirdi.
SPONSORLARA QADAĞA GƏLDİ
"Vole" YouTube kanalında Sərdar Ali Çeliklerin məlumatına görə, "Qalatasaray" rəhbərliyi həm Tuğay Kerimoğlunun veriliş apardığı YouTube kanalı, həm də "Qalatasaray" klubuna sponsorluq edən "Spoint İnşaat" ilə görüşərək Tuğay Kerimoğlunun yayımlarına sponsorluq dəstəyinin dayandırılmasını tələb edib.
"Qalatasaray" rəhbərliyi əks halda öz müqavilələrini ləğv edəcəklərini bildirib.
© Copyright 2026, All Rights Reserved