Klub təsdiqlədi: Bernardo Silva gedir
Klub təsdiqlədi: Bernardo Silva mövsümün sonunda "Mançester Siti" ilə doqquzillik uğurlu karyerasını başa vura bilər. Klubun köməkçi məşqçisi Pep Leynders bu barədə açıqlama verərək bildirib ki, “hər yaxşı hekayənin bir sonu var”.
90plus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin müqaviləsi bu mövsümün sonunda bitir və hələlik yeni sözləşmə imzalanmayıb. Onun adı "Barselona", "Yuventus" və ABŞ klubları ilə hallanır.
Leynders açıqlamasını şənbə günü FA Kubokunun 1/4 finalında Liverpool üzərində qazanılan 4:0 hesablı qələbədən sonra verib. Həmin oyunda baş məşqçi Pep Quardiola cəza səbəbindən komandanı texniki zonadan idarə edə bilmirdi.
Köməkçi məşqçi Silva haqqında yüksək fikirlər səsləndirib:
“Eyni tərz oyunçu ilə onu əvəz etmək mümkün deyil, çünki belə oyunçular yoxdur. Bernardo unikaldır – oyunu idarə etməsi, hərəkətləri, topu qəbul etməsi, liderliyi və həll yollarını görməsi ilə fərqlənir.”
O əlavə edib ki, futbolçunun yoxluğu dərhal hiss olunur:
“Oynamadığı bir oyunda belə onun yoxluğunu görürsünüz. Bir mövsümü təsəvvür edin.”
Leynders sonda bildirib ki, Silva son aylarını layiqincə başa vurmalıdır:
“Ümid edirəm ki, qarşıdakı altı həftədən zövq alar və gözəl vida edər. O, buna layiqdir.”
© Copyright 2026, All Rights Reserved