Komanda yoldaşından Mahir və digər oyunçular haqqında sözlər
"Nürnberq"in yarımmüdafiəçisi Julian Yustvan "Regensburq"la matçdan sonra Mahir Emreli və komanda yoldaşları ilə bağlı danışıb.
90plus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, o, müsahibəsində millimizin hücumçusu ilə koordinasiyasının əvvəlki matçlara nisbətən daha yaxşı olduğunu bildirib.
"Bu gün hər şey uğurlu oldu. Bu oyunu uzun müddət xatırlayacağam.
Mən yarımmüdafiəçiyəm və hücumçuları qol epizodu yaradacaq ötürmələrlə təmin etməliyəm. Bu matçda isə öhdəliyimin öhdəsindən gələ bildiyim üçün çox şadam.
© Copyright 2026, All Rights Reserved