Kunya milliyə görə Premyer Liqaya çıxmayacaq, iddiası var
“Mançester Yunayted” Kunya iddialarına aydınlıq gətirdi – ziddiyyətli xəbərlər gündəmdə!
90plus.az xəbər verir ki, "Mançester Yunayted" braziliyalı hücumçu Matteus Kunya ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Klub son saatlarda futbolçunun mövsümün qalan hissəsində istirahət etdirilməsi ilə bağlı iddiaları təkzib edib.
Rəsmi mövqeyə görə, Kunyanın Premyer Liqanın qalan oyunlarında oynamayacağı barədə Braziliya tərəfi ilə heç bir razılaşma yoxdur və yayılan xəbərlərdə “heç bir həqiqət payı” olmadığı vurğulanıb.
Lakin beynəlxalq mediada fərqli iddialar da yer alıb. Məlumata görə, Braziliya futbol millisi və “Mançester Yunayted” arasında futbolçunun mövsümün son üç turunda riskə atılmaması barədə razılıq əldə olunub. Bu qərarın Kunyanım tam bərpası və gələcək turnirlərə hazır vəziyyətə gəlməsi üçün verildiyi iddia edilir.
Futbolçunun son həftələrdə qasıq nahiyəsində narahatlıq yaşadığı və buna baxmayaraq "Liverpul" ilə oyunda da meydana çıxdığı bildirilir.
Hazırda iki fərqli mənbənin ziddiyyətli məlumat yayması vəziyyəti qeyri-müəyyən saxlayır. Klubun yekun qərarı və rəsmi açıqlaması isə yaxın günlərdə dəqiqləşə bilər.
© Copyright 2026, All Rights Reserved