"Əl Hilal"ın serb hücumçusu xəstəxanaya yerləşdirildi
"Əl-Hilal"ın hücumçusu Aleksandr Mitroviçin sağlamlığında problem yaranıb.
90plus.az xəbər verir ki, futbolçu bazar günü səhər saatlarında Səudiyyə Ərəbistanında xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun ürək problemləri olduğu müəyyən edilib. 30 yaşlı serbiyalı sürətli ürək döyüntüsünə görə müalicə alacaq.
Həkimlər ona tam istirahət etməyi və stressdən uzaq durmağı tövsiyə ediblər.
Qeyd: Mitroviç 2023-cü ilin yayından “Əl-Hilal” klubunun formasını geyinir. O, cari mövsümdə komandası üçün bütün turnirlərdə 25 matça çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved