Lamin Yamal "cızığından çıxdı"
Lamin Yamal əvəzləndi deyə etiraz etdi.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 9-cu həftə matçında "Barselona", səfərdə "Alaves"i Robert Levandovskinin ilk yarıda vurduğu 3 qolla 3-0 məğlub etdi. Polşalı hücumçu yarım saat ərzində (7, 22, 32) het-trik edərək komandaya qələbə qazandırdı.
Oyuna ilk 11-likdə başlayan İspaniya futbolunun parlayan ulduzu Lamine Yamal səfər performansı ilə məyus etdi. Oyunda təsirli ola bilməyən və zəif bir görüntü sərgiləyən Yamal 67-ci dəqiqədə "Barselona"nın alman baş məşqçisi Flick tərəfindən kənara alındı. Oyundan çıxdıqdan sonra davranışları və ehtiyat skamyasındakı davranışı gündəmə gələn Yamal, İspaniyada tənqidlərin hədəfi oldu. Oyundan alınmasına əsəbiləşən 17 yaşlı oyunçunun narazı və məyus halları diqqət mərkəzində oldu.
© Copyright 2026, All Rights Reserved