Leni Yoro Avroliqanın finalında oynamaqla tarixə düşdü
"Mançester Yunayted"in futbolçusu Leni Yoro klubla avrokubokların finalına çıxan ikinci ən gənc oyunçu kimi tarixə düşdü.
90plus.az xəbər ki, 19 yaş 189 günlüyündə olan Yoro yalnız 1968-ci il Avropa Kubokunun finalına 19 yaşında startdan şıxan Brayan Kidddən geri qalır.
Gənc fransalı müdafiəçi 2024-cü ilin iyununda 62 milyon avroya "Lill"dən "Mançester Yunayted"ə keçib.
Gələndən bəri Yoro "qırmızı şeytanlar"ın heyətində 32 matçda meydana çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə də yadda qalıb.
© Copyright 2026, All Rights Reserved