Leva: “Polşanın Avro çıxışı utancvericidir”
Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Avstriyaya 1:3 hesabı ilə uduzaraq turnirə "vida" söyləyən Polşa millisinin hücumçusu Robert Levandovski yığmanın çıxışını şərh edib.
90plus.az xəbər verir ki, "Barsa"nın ulduzu nəticədən utandığını söyləyib:
"Bir xal da qazanmadıq, təbii ki, bu bizim üçün utancvericidir. Biz başa düşürük ki, hər şey səhv getdi. Burada bir çox amillər var idi. Matça pis başladıq, ilk 20 dəqiqədən sonra qol epizodları yaratdıq. Rəqibin cərimə meydançasında olduq".
35 yaşlı ulduz hücumçu buraxılan qolun hər şeyi məhv etdiyini bildirib: "Bundan sonra tarazlığımızı saxlamaq bizim üçün çətin oldu. Biz daha çox risk etdik. Rəqibin yaratdığı iki-üç qol epizodu ağır nəticələndi”.
© Copyright 2026, All Rights Reserved