Levandovski Messinin uğurunu təkrarladı
"Barselona"nın hücumçusu Robert Levandovski mövsümdəki 35-ci qolunu vurub.
90plus.az xəbər verir ki, 36 yaşlı forvard La Liqa çərçivəsində "Atletiko" ilə qarşılaşmada (4:2) fərqlənib. O, matçın 72-ci dəqiqəsində dəqiq zərbə ilə qapını nişan alıb.
Beləliklə, Levandovski 2024/25 mövsümündə yerli çempionatda vurduğu qolların sayını 35-ə yüksəldib.
Levandovski Messidən sonra bir mövsümdə 35 qol həddinə çatan ilk "Barselona" oyunçusudur.
Qeyd: Messi 2004-2021-ci illərdə "Barselona"nın formasını geyinib. Levandovski isə 2023-cü ilin yayında Kataloniya klubuna transfer olunub.
© Copyright 2026, All Rights Reserved