“Man Yunayted” heç kimə pulsuz bilet vermir
"Mançester Yunayted" rəhbərliyi gələn həftə Bilbaoda "Tottenhem"ə qarşı Avropa Liqasının finalı üçün oyunçularının hərəsinə yalnız iki pulsuz bilet verəcək.
90plus.az xəbər verir ki, bu klubun xərcləri azaltmaq tədbirlərinin davamıdır.
"Yunayted"in heyəti mayın 21-də San Mames stadionunda keçiriləcək final üçün 10-a qədər əlavə bilet ala biləcək. Deməli, oyunçular İspaniyanın şimalındakı şəhərə gedən dostları və ailə üzvləri üçün bütün xərci şəxsən təmin etməlidirlər.
Klub rəsmi olaraq 15,000 azarkeşə bilet ayıracaq.
Həmçinin məlum olub ki, “Mançester Yunayted”in əməkdaşlarına əvvəlki ənənəni pozaraq finala pulsuz bilet verilməyəcək. Bunun əvəzinə doğma meydanda Mançesterin mərkəzində heyət üzvləri üçün klub tərəfindən oyuna monitordan baxmaq üçün ziyafət təşkil olunacaq.
© Copyright 2026, All Rights Reserved