“Man Yunayted” Nagelsmannla danışıqlara hazırlaşır
“Mançester Yunayted” Yulian Nagelsmann ilə danışıqlara hazırlaşır.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” baş məşqçi postu üçün yeni variantları dəyərləndirməyə davam edir.
Məlumata görə, klub alman mütəxəssis Julian Naqelsmann ilə bu ay ərzində danışıqlara başlamağa hazırlaşır. Hətta yaxın günlərdə klub nümayəndə heyətinin Almaniyaya səfər edərək ilkin müzakirələr aparacağı bildirilir.
Naqelsmannın klub futboluna qayıtmağa müsbət yanaşdığı və Dünya Çempionatından sonra Premyer Liqada işləmək istədiyi qeyd olunur.
Eyni zamanda, hazırda komandanı idarə edən Maykl Kerrik ilə bağlı yekun qərar hələ verilməyib. Onun gələcəyi qeyri-müəyyən olaraq qalır və rəhbərliyin mövsümün sonuna qədər göstərəcəyi performansa əsasən qərar verəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved