"Mançester Siti" baş məşqçisi ilə yolları ayırır
"Mançester Siti" rəhbərliyi uğursuz nəticələr səbəbindən ispaniyalı baş məşqçi Xosep Qvardiola ilə yollarını ayırmağa hazırlaşır.
90plus.az xəbər verir ki, "şəhərlilər" yeni baş məşqçi axtarışına başlayıblar. İngiltərə klubunun rəhbərliyi "Barselona"nın və İspaniya millisinin keçmiş futbolçusu Sesk Fabreqasın namizədliyini nəzərdən keçirir.
Hazırda İtaliyanın "Komo" klubunu çalışdıran Fabreqasın mövsüm bitdikdən sonra "Mançester Siti"yə keçəcəyi ehtimal olunur.
Qeyd: Uğursuz mövsüm keçirən "Mançester Siti" hazırda Premyer Liqada 5-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved