“Mançester Yunayted” Erik ten Haqı saymadı
“Mançester Yunayted”ə Avropa Liqasının finalında 50 medal veriləcək və klub onları istədiyi kimi paylaya bilər.
90plus.az xəbər ki, belə olan halda diqqətlər baş məşqçi Erik ten Haq, Ruud van Nistelrooy və forvard Markus Reşford kimi əsas fiqurların turnirin əvvəlində verdikləri töhfələrə görə medal alıb-almayacağına yönəlib.
"Yunayted"in bu mərhələyə gəlib-çıxmasında Ten Haqın turnirin ilk hissəsindəki rəhbərliyi təsir etdi. O, həmçinin komandanı İngiltərə Kubokunun finalında Mançester Siti üzərində qələbəyə apardı - bu, onların Avropa Liqasındakı yerini təmin edən mühüm uğurdur.
Amma məlum olur ki, Ten Haq heç "Tottenhem"lə final oyununa dəvət edilməyib.
📰: BBC
© Copyright 2026, All Rights Reserved