“Mançester Yunayted” öz tarixinin ən pisidir
”Man Yunayted” bu mövsüm Premyer Liqanı öz tarixinin ən aşağı xal göstəricisi ilə başa vuracaq.
90plus.az xəbər verir ki, bu sezon toplana biləcək maksimum xal 56 ola bilər.
Bundan əvvəlki ən aşağı xal - 58 xal olub.
Ruben Amorimin komandası sonuncu matçında "Nyukasl Yunayted"ə 1-4 uduzaraq 14-cü oldu. Halbuki “Yunayted” Premyer Liqa dövründə heç vaxt səkkizincidən aşağı yer tutmamışdı.
Qeyd: "Qırmızı Şeytanlar" bu gün Avropa Liqasının 1/4 finalının cavab oyununda Fransa təmsilçisi "Lyon"u qonaq edəcək. İlk oyun 2-2 bitib. Bu gün qələbə qazanan komanda yarımfinala adlayacaq.
© Copyright 2026, All Rights Reserved