"Mançester Yunayted"də yarpaq tökümü - 6 futbolçu ayırılır
“Mançester Yunayted” hazırda maliyyə problemləri ilə üzləşir.
90plus.az xəbər verir ki, bu səbəbdən klub yay transfer pəncərəsində güclənmək üçün əvvəlcə bəzi oyunçularını satmalı olacaq.
"Qırmızı şeytanlar" 6 futbolçunu komandadan göndərmək qərarına gəlib.
Bu siyahıda Markus Reşford, Tayrell Malasya, Antoni, Ceydon Sanço, Kazemiro və Kristian Eriksen yer alır.
Hazırda Reşford, Malasya, Antoni və Sanço icarə əsasında başqa klublarda çıxış edir. “Mançester Yunayted” isə onları mövsüm bitdikdən sonra tamamilə satmağı planlaşdırır.
Qeyd: “Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında 15-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved