Matçda Koreyalı futbolçuya Ceki Çan demək irqçilik sayıldı
İtaliyalı futbolçu Ceki Çana görə başını bəlaya saldı.
90plus.az xəbər verir ki, Serie A-ya yüksələn "Komo" bu yay Premyer Liqa təmsilçisi "Vulverhempton" ilə hazırlıq oyunu keçirdi. Qarşılaşmada "Komo"un oyunçusu Marko Kurto, bir epizodun ardından "Vulverhempton"un Cənubi Koreyalı hücumçusu Hvanq Hee-Çan üçün komanda yoldaşına "Onu görməzdən gəl, özünü Ceki Çan hesab edir" deməsi ilə münaqişə yarandı. Kurtonun sözləri üzündən "Qurdlar"ın oyunçusu Daniel Podens rəqibinə yumruq ataraq qırmızı vərəqə aldı.
Oyun bitdikdən sonra "Vulverhempton", Marko Kurtonu irqçilik etdiyi üçün FIFA-ya şikayət etdi.
"CEKİ ÇAN’ DEYƏ ÇAĞIRMAQ İRQÇİLİK SAYILDI
FIFA, Honq Konqlu aktyor Ceki Çanın Cənubi Koreyalı futbolçuya xitab edilməsini irqçilik kimi qiymətləndirdi.
Marko Kurtoya 10 oyunluq cəza verən FIFA-nın açıqlamasında, "Futbolçu Marko Kurto ayrı-seçkilik davranışları səbəbilə 10 oyunluq cəza aldı." ifadələrinə yer verildi.
Kurtonun 10 oyunluq cəzası 2 il sonrayadək təxirə salındı.
© Copyright 2026, All Rights Reserved