Mbappe Ronaldonu üstələdi
Kilian Mbappe "Real Madrid"dəki ilk mövsümündə vurduğu qolların sayına görə braziliyalı Ronaldo ilə müqayisədə üstünlük qazanıb.
90plus.az xəbər verir ki, Mbappe "Vilyarreal"la qarşılaşmada cəmi 6 dəqiqə ərzində dubl edib.
Fransalı futbolçu, "Real" forması ilə keçirdiyi 44-cü oyunda mövsümdəki 30 və 31-ci qollarını vurub.
Bu nəticə ilə o, Ronaldonun rekordunu geridə qoyub.
Mbappe yay transfer dönəmində "Real Madrid"ə keçib və 2029-cu ilə qədər müqavilə imzalayıb. "Transfermarkt" portalına əsasən, futbolçunun bazar dəyəri 160 milyon avrodur.
© Copyright 2026, All Rights Reserved