Messi əsəbləşdi: "Tam bir baş bəlasısan"
Messi əsəblərinə hakim ola bilmədi.
90plus.az xəbər verir ki, Lionel Messinin formasını geyindiyi ABŞ komandası "Inter Mayami", MSL-də "Şarletto"nu evində qəbul etdi. "Çeyz Stadionu"nda oynanılan qarşılaşma 1-1 hesabı ilə başa çatdı. İlk hissəsi qolsuz bitən oyunda, qonaq komanda 57-ci dəqiqədə Karol Sviderskinin qolu ilə 1-0 önə keçdi. Bu qola 67-ci dəqiqədə Messi cavab verdi.
"TAM BİR BAŞ BƏLASISAN" dedikdən sonra söydü
Argentina mediası TN-in xəbərinə görə, Lionel Messi oyundan sonra əsəblərinə hakim ola bilməyib və hakimin üzünə qarşı təhqir edib. Xəbərdə deyilir ki, Messi işarə barmağını hakim Remi Tuçana doğru tutaraq, "Tam bir baş bəlasısan" deyə qışqırdıqdan sonra söyüş işlədib.
"Inter Mayami" bu xal itkisindən sonra da MLS-də ən yaxın rəqibindən 8 xal öndə olaraq, 65 xalla lider mövqedədir.
© Copyright 2026, All Rights Reserved