“Milan” uduzdu, tribunalar əsəbidir
"Milan" ardıcıl 3-cü oyunda qalib gələ bilmədi. Azarkeşlər rəhbərliyə "Rədd ol!" deyə səsləndilər.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 36-cı turunda "Milan" “San Siro”da Atalantaya məğlub oldu və Seriya A-nın turnir cədvəlində 4-cü pilləyə gerilədi:
Milan 2 - 3 Atalanta
Ederson 7’
D. Zapakosta 29’
Raspadori 52’
Pavloviç 88’
Nkunku 90+4’ (p)
Bu nəticə ilə "Milan" 4-cü yerdə zəif dayanıb. "Atalanta" 7-cidir.
Tribunalarda hazırlanan xüsusi xareoqrafiyada işıqlarla “GF OUT” yazısı göstərilib, azarkeşlər isə “Furlani, rədd ol” şüarları səsləndiriblər. Etirazlar yalnız stadionla məhdudlaşmayıb – oyundan əvvəl “San Siro” ətrafında günboyu davam edən aksiya da təşkil olunub.
ƏTRAFLI: https://90plus.az/milan-azarkeslrindn-etiraz-dalgas-furlani-rdd-ol/xeber/
© Copyright 2026, All Rights Reserved