Montellaya türk vətəndaşlığı müjdəsi verildi
Türkiyə millisinin DÇ-2026-nın seçmə mərhələsindəki uğurlu startından sonra baş məşqçi Vinçenzo Montellaya vətəndaşlıq müjdəsi verilib.
90plus.az xəbər verir ki, E qrupunun ilk turunda Gürcüstanı səfərdə 3:2 hesabı ilə məğlub edən Türkiyə millisi tarixi qələbə qazanıb və matçdan sonra Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu jurnalistlərə açıqlamasında diqqətçəkən fikirlər səsləndirib:
“Vinçenzo Montellanı ən qısa zamanda Türkiyə vətəndaşı edəcəyik”, – deyə federasiya rəhbəri bildirib.
Qeyd: İtaliyalı mütəxəssis bir müddət əvvəl verdiyi müsahibədə özü də türk pasportu almaq istədiyini açıqlamışdı:
“Türk vətəndaşı olmağı çox istəyirəm. Türk dilini də öyrənməliyəm. Artıq yanımda türk dilində danışanda diqqətli olun, çünki başa düşməyə başlamışam”, – Montella demişdi.
Beləliklə, Türkiyə millisinin baş məşqçisinin yaxın vaxtlarda rəsmi olaraq Türkiyə vətəndaşı olması gözlənilir.
© Copyright 2026, All Rights Reserved