Mourinyo “Qalatasaray”ın çempionluğu bayram etməsini bəyənməyib
”Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo rəqib komanda "Qalatasaray"ın çempion olması haqda danışıb.
90plus.az xəbər verir ki, "Xüsusi Biri" "Cim-Bom"un çempionluğu bayram etməsini xoş qarşılamayıb:
"Çempionluğu qeyd etmə tərziniz sizin insani vəziyyətinizi göstərir. Azarkeşlər ayrıdır, amma klub olaraq etdikləriniz sizi göstərir. Bugünkü çempionluq qeyd etmələri mövsüm ərzindəki hekayələrin bir xülasəsi kimi oldu.
Hesab 2:0 olarkən qapıçıya penalti vurdurmaları onların insani baxımdan hansı səviyyədə olduqlarını göstərmək üçün mükəmməl bir görüntü idi".
VİDEO: https://t.me/doxsanplus/102983
Mourinyo gələcəyi barədə: "Sadiq bir insanam. Yanvar ayında bir təklif gəlmişdi. Klubumla görüşdüm və bu təklifi qəbul etməməyə qərar verdim. Heç vaxt klubuma xəbər vermədən başqa bir klubla razılığa gəlmərəm. Portuqaliya Futbol Federasiyası ilə də heç bir razılaşmam olmayıb".
© Copyright 2026, All Rights Reserved