"Məqsədimiz Avstriyanı mübarizədən kənarlaşdırmaqdır" İsmayıl Yüksek
Türkiyə millisinin oyunçusu İsmayıl Yüksek Türkiyə-Çexiya (2:1) matçından sonra mediayaya açıqlama verib.
90plus.az xəbər verir ki, İsmayıl Yüksek açıqlamasında "Çox xoşbəxtik. Meydandaki sevincimizdən də görünürdü. Bu nəsil 2008-ci ildən bu yana tariximizdə ilk dəfə bu rekordu təkrarladı. Çox keyfiyyətli oyunçularımız var. Bizə layiq olanı yaşayırıq. Eqoist danışmaq istəmirəm, amma bu komanda həqiqətən də buna layiq idi. Biz oturub ayağa qalxdıq” - deyə bildirib.
Həmçinin o, “Son dəqiqədə qələbə qolunu vurduq, amma bizim ölkədə bu var... Biz bunu özümüzə buraxacağıq. Son dəqiqələrdə xoşbəxt olacağıq və məqsədimiz sabahdan Avstriyanı mübarizədən kənarlaşdırmaq olacaq" - deyə qeyd edib. VİDEO
© Copyright 2026, All Rights Reserved