Musa Qurbanlı üçün mövsüm bitdi
Musa Qurbanlı mövsümü erkən başa vurdu.
90plus.az xəbər verir ki, "Qarabağ" ciddi itki ilə üzləşib. Komandanın hücumçusu Musa Qurbanlı zədə səbəbindən cari mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
24 yaşlı forvardın dizində problem aşkarlanıb və artıq onun müalicəsinə başlanılıb. Həkimlərin ilkin rəyinə əsasən, bərpa prosesi təxminən 2-3 həftə davam edəcək. Bundan sonra futbolçunun məşqlərə qoşulması gözlənilir.
Xatırlatma: Qurbanlı Misli Premyer Liqasının 30-cu turu çərçivəsində Turan Tovuz ilə keçirilən son qarşılaşmada zədələnərək oyunu yarımçıq tərk etmişdi.
Bu itki “Qarabağ” üçün xüsusilə mövsümün həlledici mərhələsində ciddi problem hesab olunur.
© Copyright 2026, All Rights Reserved