"Neftçi"dən gözlənilən ayrılıq
"Neftçi" baş məşqçi Roman Qriqorçuk ilə yollarını ayırdı.
90plus.az xəbər verir ki, buna səbəb komandanın çempionatdakı uğursuz çıxışıdır.
“Neftçi” bu gün vidanı açıqlayacaq. Komandanı sabahkı məşqə onun köməkçisi Sənan Qurbanov çıxaracaq.
Paytaxt klubu Premyer Liqada 9 turdan sonra qələbə qazana bilməyib və 5 xalla 9-cu sıradadır. Roman bu yay “Neftçi”yə baş məşqçi təyin edilib.
© Copyright 2026, All Rights Reserved