Nihat Kahveci Osimheni meteoroidə oxşatdı - VİDEO
Nihat Kahveci het-trikdən sonra Osimheni meteoroidə bənzədib.
90plus.az xəbər verir ki, "Qalatasaray" dünən Super Liqa çərçivəsində öz meydanında "Antalyaspor"la qarşılaşırdı. Oyun ev sahiblərinin 4-0 hesablı qalibiyyəti ilə başa çatdı. "Cim-bom"un nigeriyalı hücumçusu Viktor Osimhen oyunda 3 qolla yadda qaldı. Oyundan sonra sabiq futbolçu Nihat Kahveci Osimheni haqqında maraqlı açıqlamalar verib:
"Olur ki, yer üzünə 100 ildə bir dəfə bir meteoroid düşür. Bu gün Osimhen də o hadisə yaşanıb və o meteoroid bizim ölkəyə düşüb. Osimhen həm gözəl futbolçu, həm də əla xarakterli insandır. Bir dönəm uşaqlar İkardiyə baxıb "Qalatasaray"lı olurdu, indi Osimhenə baxacaqlar və davamını təsəvvür edə bilmirəm".
Həmin açıqlamaların videosu:
Qeyd: Osimhen bu mövsüm yerli çempionatda 19, Avropa Liqasında isə 6 qolla yadda qalıb. Hazırda Super Liqanın bombardiridir.
© Copyright 2026, All Rights Reserved