Okan Buruk: “Bunu şişirtməyəcəyəm”
”Qalatasaray”ın baş məşqçisi Okan Buruk "Fənərbağça"ya qalib gələrək (2:1) yarımfinala haqq qazandıqları oyundan sonra fikirlərini söyləyib.
90plus.az xəbər verir ki, matçdan sonra rəqibin baş məşqçisi Joze Mourinyonun burnunu sıxmasına bu cür münasibət bildirib:
”Hakimləri təbrik etdim. Mourinyo da arxadan burnumu sıxdı.(https://t.me/doxsanplus/100624)
Daha düzgün davranış gözləyirik. Bunu şişirtməyəcəyəm, amma yaxşı bir şey deyil. Matçdan əvvəl əl sıxmaq lazım idi, amma çox da vacib deyil".
Qeyd: "Cim-Bom" yarımfinalda "Konyaspor"la qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved