Onana Türkiyəyə gəlir
90plus.az xəbər verir ki, “Trabzonspor” qapıçı mövqeyini gücləndirmək üçün böyük bir addım atıb. Tanınmış transfer eksperti Fabrisio Romanonun məlumatına görə, "Trabzonspor" və "Mançester Yunayted" klubları Andre Onananın icarə əsasında keçidi üçün prinsipial razılığa gəliblər.
Uğurcan Çakırın "Qalatasaray"a transferindən sonra “bordo-mavililər” qapıçı mövqeyində yaranan boşluğu doldurmaq üçün axtarışlarını sürətləndirib. Deniz Ertaş və Məhəmməd Şengezer üçün tələb olunan yüksək məbləğlərə görə klub daha münasib variant olaraq icarəyə üstünlük verib.
Hazırda klublar Kamerunlu qapıçının son qərarını gözləyir.
Xatırlatma: Mançester Yunayted bu yay Senne Lammensi heyətinə qatıb və bu səbəbdən ya Altay Bayındır, ya da Andre Onananın komandadan ayrılmasına icazə veriləcək.
© Copyright 2026, All Rights Reserved