Osimhen haqda inanılmaz iddia: "Verdiyi sözü tutacaq"
Bu mövsümü "Qalatasaray"da tamamlama qərarı verən nigeriyalı hücumçu gələn bütün təklifləri "Mövsüm sonunda görüşək" deyərək geri çevirdi.
90plus.az xəbər verir ki, İngiltərədən "Çelsi", "Mançester Yunayted" , "Arsenal", Fransadan PSJ və İtaliyadan "Yuventus" ara transfer dövrü üçün Osimhen ilə əlaqə saxladı. Transfer haqqı A Seriyası komandası "Napoli"də olan Viktor Osimhenin yanvar ayı üçün keçərli sərbəst qalma maddəsi 75 milyon avrodur.
Bu məbləği ödəməyə hazır klublar Avropada mövcuddur, lakin sarı-qırmızılarda xoşbəxt olan Osimhen, "Qalatasaray"a verdiyi "Mövsümü tamamlama" sözünü tutacaq.
© Copyright 2026, All Rights Reserved