Osimhendən “Cim-Bom” üçün het-trik! VİDEO
Viktor Osimhenin bu gecəki het-triki "Qalatasaray" oyunçusu kimi 30 oyunda 31 qola töhfə deməkdir. Nigeriyalı hücumçu sentyabrda kluba qoşulandan bəri 26 qol vurub, 5 məhsuldar ötürmə edib.
90plus.az xəbər verir ki, bu gün Türkiyə Super Liqasının 27-ci turunda "Antalyaspor"u böyük hesabla məğlub edən "Qalatasaray"da Osimhen het-trik edib:
Qalatasaray 4-0 Antalyaspor
Osimhen 30' 45+3' 53'
Morata 45'
Qollar:
https://t.me/doxsanplus/99711
https://t.me/doxsanplus/99714
https://t.me/doxsanplus/99717
Osimhen "Qalatasaray"da ilk, karyerasında isə 3-cü het-trikinə imza atıb.
Ümumən, "Qalatasaray"ın liqadakı son 8 qolunun 6-sını Osimhem vurub.
Hazırda Trendyol Super Liqasının bombardirlik yarışında Viktor Osimhen 19 qolla birinci yerdədir.
Qeyd: "Qalatasaray" hazırda turnir cədvəlində liderdir, Antalya təmsilçisi isə 10-cudur.
© Copyright 2026, All Rights Reserved