Osimhendən "Qalatasaray"a maaş şərti - 60 milyon avro
Nigeriyalı hücumçu Viktor Osimhen yay transfer pəncərəsində "Napoli" klubundan "Qalatasaray"a 1 illik icarə əsasında keçid edib.
90plus.az xəbər verir ki, bu transfer çərçivəsində "Qalatasaray" Osimhenə mövsüm üçün 6 milyon avro maaş ödəyəcək.
Osimhenin müqaviləsində xüsusi bir maddə mövcuddur: əgər "Arsenal", "Çelsi", "Liverpul", "Bayern Münhen", "Real Madrid" və ya "Pari Sen-Jermen" kimi on xüsusi klubdan biri yanvar ayında təklif edərsə, o, "Qalatasaray"dan ayrılaraq həmin kluba keçə bilər.
"Qalatasaray"da qalmaq üçün Osimhenin tələb etdiyi maaş məlum olub. O, illik 15 milyon avro maaş və dörd illik müqavilə istəyir ki, bu da ümumilikdə 60 milyon avro edir. Bu yüksək maliyyət səbəbindən onun komandada qalması çətin görünür.
"Qalatasaray" forması ilə çıxış etdiyi 21 oyunda Osimhen 21 qol vuraraq komandaya əhəmiyyətli töhfə verib.
© Copyright 2026, All Rights Reserved