Osimhenin vəziyyəti ciddidir
90plus.az xəbər verir ki, 2026 Dünya Kubokunun Afrika zonası üzrə seçmə mərhələsində keçirilən Nigeriya – Ruanda qarşılaşmasında Nigeriya millisi 1:0 hesablı qələbə qazansa da, oyuna Viktor Osimhenin zədəsi damğa vurub. “Qalatasaray”ın nigeriyalı hücumçusu görüşün 35-ci dəqiqəsində meydana davam edə bilməyərək əvəzlənib.
Nigeriya mətbuatında yer alan məlumata görə, Osimhen ertəsi gün səhər ayağında güclü ağrılarla oyanıb və hazırda meydana çıxacaq vəziyyətdə deyil. Xəbəri “Soccernet” nəşri yayıb.
Osimhenin vəziyyəti ilə bağlı danışan “Qalatasaray”ın baş məşqçisi Okan Buruk zədənin ciddiyyəti barədə hələlik konkret məlumat olmadığını bildirib:
“Mümkün olsa, onu ən qısa zamanda bura gətirib müayinələrini etdirmək istəyirik. Ağrısı var, iki gün sonra keçiriləcək oyunda forma geyinə bilməyəcək. Nə olduğunu görəcəyik, amma bu bizim üçün çox üzücü xəbərdir.”
Bildirilib ki, Osimhen Nigeriya millisinin qarşıdakı günlərdə Cənubi Afrika ilə keçirəcəyi qarşılaşmada da iştirak etməyəcək.
© Copyright 2026, All Rights Reserved