Palmer penaltini vura bilmədi, “Çelsi” uduzdu
"Çelsi" öz evində ciddi məğlubiyyətlə qarşılaşdı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 35-ci turunda “Forest” bütün turnirlərdə ardıcıl 5-ci qələbəsini qazandı.
“Çelsi” isə ardıcıl 6-cı Premyer Liqa məğlubiyyətini yaşayır: cəmi 1 qol vurub, 14 qol buraxıb:
Çelsi 1 - 3 Nottingem
T. Avoniyi 2’ 52’
İ. Xesus 15’ (p)
J. Pedro 90+3’
Qollar: https://t.me/doxsanplus/116752
Turnir cədvəlində 9-cu "Çelsi", 16-cı mövqedə isə "Forest" qərarlaşıb.
“Çelsi”nin gənc futbolçusu Jessi Derri debütünü tez unutmaq istəyəcək — o, ciddi baş zədəsi aldıqdan sonra ilk hissə bitməmiş xərəkdə meydanı tərk etdi.
Koul Palmer bu gün penaltini qola çevirə bilmədi.
O, bütün turnirlərdə son 9 oyunda qol vurmayıb və bu mövsüm Premyer Liqada hələ də iki rəqəmli göstəriciyə çata bilməyib (9).
Bu, onun “Çelsi”yə gələndən bəri ən aşağı göstəricisidir.
© Copyright 2026, All Rights Reserved