Palmerin 4 qolu onu rekorda daşıdı
Palmer ilk hissədə 4 qol vuran ilk futbolçudur.
90plus.az xəbər verir ki, Premyer Liqanın 6-cı turunda "Çelsi" ilk yarıda vurduğu 4 qolla "Brayton"u məğlub etdi.
"Çelsi"nin 4 qolunun hamısı Kol Palmer tərəfindən vuruldu. "Brayton"da isə Georginio Rutter və Karlos Baleba fərqlənən oyunçular oldu.
Ev sahibi "Çelsi" ardıcıl üçüncü qələbəsini qazanaraq xalını 13-ə çatdırdı. Bu mövsümdə ilk məğlubiyyətini alan "Brayton" isə 9 xalda qaldı.
PALMER LİQADA TARİXƏ DÜŞDÜ
"Çelsi"nin ulduzu Kol Palmer "Brayton"a qarşı 4 qolla oynadı.
Palmer, Premyer Liqa tarixində ilk yarıda 4 qol vuran ilk futbolçu oldu.
"Brayton"a qarşı çıxışı ilə Palmer bu mövsüm liqadakı qol sayını 6-ya çatdırdı.
© Copyright 2026, All Rights Reserved