"Qalatasaray" 195 milyon avroluq futbolçu alır
"Çelsi"dən "Milan"a icarəyə verilən Joao Feliks üçün şok transfer gündəmdədir.
90plus.az xəbər verir ki, "Milan" mövsümün sonunda icarə müqaviləsi bitəcək portuqaliyalı futbolçunun tranfer haqqını almayacaq və Feliks komandadan ayrılacaq. Həmçinin "Çelsi" də ulduz futbolçunu heyətində düşünmür. Londondan ayrılması gözlənilən Joao Feliks üçün "Qalatasaray" və Səudiyyə Ərəbistanından 2 klub işə qarışdı. Yay transfer dövründə "Atletiko Madrid"dən "Çelsi"yə 52 milyon avro qarşılığında transfer olan Feliks yarım mövsüm ərzində 5,50 milyon avro qarşılığında "Milan"a icarəyə verildi.
Bu mövsüm həm "Çelsi", həm də "Milan" ilə ümumilikdə 31 oyuna çıxan portuqaliyalı ulduz bu matçlarda 8 qol vurub və 3 asist edib.
195 MİLYON AVRO ÖDƏNİB
127 milyon avro ilə futbol tarixinin ən çox tranfer haqqı ödənən futbolçulardan biri olan Feliks "Benfika", "Atletiko Madrid", "Çelsi", "Barselona", "Milan"da forma geyib. Ümumilikdə 195 milyon avro tranfer dəyəri ödənən futbolçu karyerası ərzində 313 oyuna çıxıb və bu oyunlarda 80 qol vurub, 44 asist edib.
© Copyright 2026, All Rights Reserved