"Qalatasaray" Arda Turanın hücumçusunu alır
"Qalatasaray" klubu "Eyüpspor"da forma geyinən 24 yaşlı hücumçu Əhməd Kutucunu heyətinə qatmağa hazırlaşır.
90plus.az xəbər verir, klub hücumçunun transferi ilə bağlı danışıqları son mərhələyə çatdırıb. Tərəflər bonuslarla birlikdə 6 milyon avro dəyərində razılığa gəliblər.
Xatırlatma: Əhməd Kutucu cari mövsümdə Super Liqada keçirdiyi 18 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved