"Qalatasaray" azarkeşlərinə şad xəbər - İkardi qayıdır
"Qalatasaray"ın çarpaz bağlarından zədə almış futbolçusu Mauro İkardi əməliyyatdan sonra reabilitasiya prosesinə davam edir.
90plus.az xəbər verir ki, argentinalı futbolçunun komandaya qatılacağı tarix məlum olub. Əməliyyatdan sonra idman zalında məşqlərini davam etdirən İkardi tezliklə meydançaya çıxmağa hazırlaşır.
Bununla yanaşı, təcrübəli hücumçu xüsusi fizioterapevtlə fərdi məşqlərə başlayacaq. Argentinalı forvardın vəziyyəti "Qalatasaray"ın həkimləri tərəfindən yaxından izləniləcək.
İkardinin iyul ayında komandaya qoşulması və mövsümöncəsi hazırlıq kampında iştirak etməsi gözlənilir.
© Copyright 2026, All Rights Reserved