"Qalatasaray" azarkeşlərindən Joze Mourinyo pankartı
Super Liqanın 36-cı turu çərçivəsində keçirilən "Qalatasaray" – "Kayserispor" qarşılaşması öncəsi tribunada maraqlı anlar yaşanıb.
90plus.az xəbər verir ki, çempionluq matçına çıxan "Qalatasaray" azarkeşləri oyundan əvvəl tribunada məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyonun şəklinin yer aldığı pankart açıblar.
Pankartda "Dünyanın ən bahalı influenser'i" ("Most expensive influencer in the world") sözləri yer alıb. Bu pankartla azarkeşlər mövsüm ərzində bir neçə dəfə "Qalatasaray"la bağlı açıqlamalar verən Mourinyoya eyham vurublar.
Sarı-qırmızılı komanda bu oyundan azı 1 xal qazanacağı təqdirdə tarixində 25-ci liqa çempionluğunu elan edərək 5-ci ulduzunu formasına əlavə edəcək.
© Copyright 2026, All Rights Reserved