"Qalatasaray" bu futbolçudan canını qurtardı
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Vilfrid Zahanı ABŞ-ın “Şarlott” komandasına icarəyə göndərib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi saytında bildirilib ki, Fil Dişi Sahilindən olan hücumameyilli yarımmüdafiəçi ilə 1 illik icarə müqaviləsi bağlanıb.
MLS təmsilçisi 32 yaşlı oyunçu üçün “Qalatasaray”a 2,8 milyon ABŞ dolları ödəyəcək.
Xatırlatma: Vilfrid Zaha bu mövsümün ilk yarısını Fransanın “Lion” klubunda icarə əsasında keçirib.
© Copyright 2026, All Rights Reserved