“Qalatasaray” futbolçusundan məğlubiyyətə şərh
”Qalatasaray”ın oyunçusu Yunus Akgün bu gün "Beşiktaş"a məğlub olduqları (1-2) matçdan sonra maraqlı fikirlər səsləndirib:
90plus.az xəbər verir ki, 24 yaşlı vinger özündənrazı açıqlama ilə yadda qalıb:
”Beşiktaş”ı təbrik edirəm. Türkiyənin ən böyük klubunu məğlub etdilər. İlk dəfə uduzduq. 25 xal fərq olduğunu düşünürəm. Türkiyənin ən böyük klubunu məğlub etdikləri üçün onların bu qədər sevinmələri normaldır. Azarkeşlərimiz narahat olmasın. May ayında sevinəcəyik".
📰: beIN Sports
Qeyd: ”Beşiktaş” bu mövsüm Super Liqada evdə keçirdiyi 3 derbinin hamısında qalib gəlməyi bacarıb:
🔸 1-0 Fənərbağça
🔸 2-1 Trabzonspor
🔸 2-1 Qalatasaray
© Copyright 2026, All Rights Reserved