"Qalatasaray" futbolçusunun ayrılmasına icazə vermədi
Türkiyənin aparıcı klublarından biri olan "Qalatasaray", Argentinanın "Boka Xuniors" komandasının maraqlandığı Lukas Torreyranın transferi ilə bağlı danışıqlar aparmasını qadağan edib.
90plus.az xəbər verir ki, ulduz futbolçu "Boka Xuniors"a keçmək arzusunda olsa da, "Qalatasaray" rəhbərliyi müqaviləsi 2026-cı ildə başa çatacaq oyunçunun hər hansı danışıqlara qoşulmamasını tələb edib.
Qeyd: 13 milyon avro dəyərində qiymətləndirilən Lukas Torreyra, "Qalatasaray" forması ilə indiyədək ümumilikdə 119 oyunda iştirak edib.
© Copyright 2026, All Rights Reserved