"Qalatasaray" ikinci hissədə fərqləndi: Çempionluğa cəmi 1 xal qaldı
Super Liqanın 35-ci turu çərçivəsində "Trabzonspor" və "Qalatasaray" komandaları qarşı-qarşıya gəldi.
90plus.az xəbər verir ki, "Papara Park" stadionunda keçirilən qarşılaşmanın ilk hissəsində qol qeydə alınmadı. İkinci yarıda oyunun tempini artıran qonaq komanda hesabı açaraq üç xala sahib çıxdı:
Trabzonspor 0-2 Qalatasaray
A. Bardakçı 66’
A. Morata 84’
Qollar: https://t.me/doxsanplus/102613
"Qalatasaray" "Trabzonspor"la oynadığı ardıcıl 5-ci matçda da qalib gəldi:
1. Qalatasaray - 86 xal;
8. Trabzonspor - 46 xal.
Bu qələbə ilə "Qalatasaray" mövsümdə 27-ci qələbəsini qazandı və xallarının sayını 86-ya yüksəltdi. "Trabzonspor" isə mövsümdə 11-ci məğlubiyyətini aldı və 46 xalda qaldı.
"Qalatasaray" gələn həftə bazar günü "Kayserispor"la qarşılaşacaq. Bu oyundan 1 xal əldə edəcəyi təqdirdə, komanda tarixində 25-ci çempionluğunu rəsmiləşdirəcək.
© Copyright 2026, All Rights Reserved